• Home  
  • Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
- Gündəm - Hadisə - Ölkə

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Kəlbəcər yaylağından xırdabuynuzlu heyvanları daşıyan yük maşını Ağdərədə aşıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Çardaqlı kəndində baş verib. Belə ki, 25-BK-698 dövlət qeydiyyat nişanlı, MAN markalı yük avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb, habelə avtomobildə daşınan xeyli sayda qoyun-keçi tələf olub. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Kəlbəcər yaylağından xırdabuynuzlu heyvanları daşıyan yük maşını Ağdərədə aşıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Çardaqlı kəndində baş verib.

Belə ki, 25-BK-698 dövlət qeydiyyat nişanlı, MAN markalı yük avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb, habelə avtomobildə daşınan xeyli sayda qoyun-keçi tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.