• Home  
  • CAR-da atışma zamanı 11 nəfər ölüb, 3 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

CAR-da atışma zamanı 11 nəfər ölüb, 3 nəfər yaralanıb

Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal əyalətində sentyabrın 22-si axşam saatlarında fərdi evdə baş vermiş atışma nəticəsində ən azı 11 nəfər ölüb, 3 nəfər yaralanıb. Əks-səda ECNA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, 10 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanaya çatdırılan zaman ölüb. Polisin məlumatına görə, zərərçəkənlər həmin ərazidəki […]

Hadisə

Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal əyalətində sentyabrın 22-si axşam saatlarında fərdi evdə baş vermiş atışma nəticəsində ən azı 11 nəfər ölüb, 3 nəfər yaralanıb.

Əks-səda ECNA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, 10 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanaya çatdırılan zaman ölüb.

Polisin məlumatına görə, zərərçəkənlər həmin ərazidəki evlərdən birinə toplaşıblar, bu zaman naməlum silahlı şəxslər məkana daxil olaraq atəş açıblar, həmçinin qurbanlardan birinə məxsus avtomobili yandırıblar.

Atışmanın motivi hələ ki, müəyyən edilməyib. İnsidentlə bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.