• Home  
  • ABŞ-də “Isaias” qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb
- Dünya - Gündəm - Hadisə

ABŞ-də “Isaias” qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb

Alabama və Florida ştatlarında azı dörd nəfər “Isaias” qasırğasının qurbanı olub. Əks-səda xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CNN teleşirkəti məlumat yayıb. Daha əvvəl iki nəfərin həlak olduğu bildirilirdi. Floridada bir nəfərin ölümünə evin üzərinə ağac aşması səbəb olub, ikinci şəxs isə elektrik generatorunun işlədiyi qapalı qarajda olduğu üçün həlak olub. Alabama qubernatoru […]

Hadisə

Alabama və Florida ştatlarında azı dörd nəfər “Isaias” qasırğasının qurbanı olub.

Əks-səda xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CNN teleşirkəti məlumat yayıb.

Daha əvvəl iki nəfərin həlak olduğu bildirilirdi.

Floridada bir nəfərin ölümünə evin üzərinə ağac aşması səbəb olub, ikinci şəxs isə elektrik generatorunun işlədiyi qapalı qarajda olduğu üçün həlak olub. Alabama qubernatoru Key Ayvi ştatın iki sakininin ölümü ilə əlaqədar xəbərdarlıq edib ki, güclü küləklər ağacları aşırır və elektrik xəttlərini qırır.

“Isaias” cümə günü axşam saatlarında Destin şəhəri (Florida ştatı) yaxınlığında quruya çıxıb. O, təxminən 17 km/saat sürətlə şimal-qərbə doğru hərəkətini davam etdirir. Meteoroloqların proqnozlarına görə, qasırğa şənbə günü ərzində tədricən zəifləyəcək və bazar günü dağılacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.