• Home  
  • Moskva aeroportunda 95 min dollar dəyərində zinət əşyalarını gizlədən qadın saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Moskva aeroportunda 95 min dollar dəyərində zinət əşyalarını gizlədən qadın saxlanılıb

Moskva (Rusiya) Şeremetyevo hava limanının gömrük xidməti əməkdaşları Honkonqdan gələn rusiyalı qadının ayaqqabısında və boyun yastığında gizlədilmiş təxminən 95 min dollar dəyərində zinət əşyaları aşkar ediblər. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb. “Şeremetyevo gömrükçüləri Honkonqdan gələn 48 yaşlı rusiyalı qadında dəyəri 8 milyon rubldan […]

Hadisə

Moskva (Rusiya) Şeremetyevo hava limanının gömrük xidməti əməkdaşları Honkonqdan gələn rusiyalı qadının ayaqqabısında və boyun yastığında gizlədilmiş təxminən 95 min dollar dəyərində zinət əşyaları aşkar ediblər.

Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Şeremetyevo gömrükçüləri Honkonqdan gələn 48 yaşlı rusiyalı qadında dəyəri 8 milyon rubldan (95 min dollar – red.) çox olan bəyan edilməmiş zərgərlik əşyaları və qiymətli daşlar aşkar ediblər”, – məlumatda bildirilib.

Qurumdan qeyd edilib ki, yaşıl dəhlizdə seçmə yoxlama zamanı sərnişinin əl yükü rentgen qurğusu vasitəsilə skan edilib. Məlum olub ki, qadın boyun yastığında beş üzük, üç cüt sırğa və qolbaq keçirməyə cəhd edib. Bununla yanaşı, şəxsi baxış zamanı rusiyalı qadının plaşının cibində boyunbağı tapılıb, ayaqqabısından isə o, içində 24 qiymətli daş olan paket çıxarıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.