İsrail hərbçiləri Qəzza şəhərində HƏMAS hərəkatının hərbi qanadının komandirini öldürüblər.
Əks-səda xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Ordusu yeddi vətəndaşın girov saxlanılmasında iştirak etmiş HƏMAS-ın hərbi qanadının komandiri Mahmud Əbdülfəttah Əvadı zərərsizləşdirib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, o, son vaxtlar İsrail hərbçilərinə və dinc sakinlərə qarşı hücumlar planlaşdırır, eləcə də HƏMAS-ın döyüş potensialının bərpası ilə məşğul olurdu.


