• Home  
  • İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
- Dünya - Gündəm - Siyasət

İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib

NATO Baş katibi Mark Rüttenin ABŞ-nin İrana qarşı hərbi təcavüzünə dəstək olaraq Avropa bazalarından 5000 uçuşun həyata keçirildiyini etiraf etməsi Avropanın da hücum infrastrukturunun bir hissəsi olduğunu göstərib. Əks-səda xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” sosial şəbəkə hesabında yazıb. “Öz ərazilərini ABŞ-nin ixtiyarına verən dövlətlər məsuliyyətdən boyun qaçıra bilməzlər. Bu […]

Siyasət

NATO Baş katibi Mark Rüttenin ABŞ-nin İrana qarşı hərbi təcavüzünə dəstək olaraq Avropa bazalarından 5000 uçuşun həyata keçirildiyini etiraf etməsi Avropanın da hücum infrastrukturunun bir hissəsi olduğunu göstərib.

Əks-səda xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” sosial şəbəkə hesabında yazıb.

“Öz ərazilərini ABŞ-nin ixtiyarına verən dövlətlər məsuliyyətdən boyun qaçıra bilməzlər. Bu iştirak cavabsız qalmayacaq”, o bildirib.

Xatırladaq ki, fevralın sonundan atəşkəs qüvvəyə minənədək olan dövrdə Avropa bazalarından 5 minə uçuşun həyata keçirildiyini Rütte ilk dəfə iyulun 8-də etiraf edib. Həmin vaxt o, bu faktla Ağ Ev rəhbəri Donald Trampın avropalı müttəfiqlərinin ABŞ-nin İrana qarşı əməliyyatına kifayət qədər dəstək verməməsi ilə bağlı tənqidini qəbul etməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.