• Home  
  • Zelenski: Başqırdıstan və Samarada neft emalı zavodlarına zərbələr endirilib
- Dünya - Gündəm - Siyasət

Zelenski: Başqırdıstan və Samarada neft emalı zavodlarına zərbələr endirilib

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, son sutka ərzində Başqırdıstan və Samara vilayətində (Rusiya Federasiyası) iki neft emalı zavoduna zərbələr endiriblər. Əks-səda xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “X” sosial şəbəkəsində yazıb. Öz növbəsində, Başqırdıstan rəhbəri Radiy Xabirov bölgəyə növbəti pilotsuz uçuş aparatları hücumunun dəf edilməsi barədə məlumat verib. “Bu gün biz daha bir […]

Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, son sutka ərzində Başqırdıstan və Samara vilayətində (Rusiya Federasiyası) iki neft emalı zavoduna zərbələr endiriblər.

Əks-səda xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “X” sosial şəbəkəsində yazıb.

Öz növbəsində, Başqırdıstan rəhbəri Radiy Xabirov bölgəyə növbəti pilotsuz uçuş aparatları hücumunun dəf edilməsi barədə məlumat verib.

“Bu gün biz daha bir hücumu dəf etdik. 20 pilotsuz uçuş aparatı vurulub”, – o, regional hökumətin operativ müşavirəsində bildirib.

Qeyd edək ki, əvvəllər ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırmışdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.