• Home  
  • Polşa Ukraynaya “Patriot” raketlərinin yeni partiyasını verə bilər
- Dünya - Gündəm - Hadisə

Polşa Ukraynaya “Patriot” raketlərinin yeni partiyasını verə bilər

Polşa Ukraynaya “Patriot” raketlərinin növbəti partiyasının verilməsi imkanını nəzərdən keçirir, məsələ yaxın günlərdə həllini tapacaq. Əks-səda xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskaya bildirib. “Bu qərar polyakların təhlükəsizliyi kontekstində qəbul edilməlidir və bütün arqumentlər ölçülüb-biçilməlidir”, -Sobkovyak-Çarnetskaya deyib. O əlavə edib ki, qərar yaxın günlərdə qəbul edilə bilər, həmçinin danışıqlar həm NATO, həm də […]

Polşa Ukraynaya “Patriot” raketlərinin növbəti partiyasının verilməsi imkanını nəzərdən keçirir, məsələ yaxın günlərdə həllini tapacaq.

Əks-səda xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskaya bildirib.

“Bu qərar polyakların təhlükəsizliyi kontekstində qəbul edilməlidir və bütün arqumentlər ölçülüb-biçilməlidir”, -Sobkovyak-Çarnetskaya deyib. O əlavə edib ki, qərar yaxın günlərdə qəbul edilə bilər, həmçinin danışıqlar həm NATO, həm də ABŞ ilə davam edir.

Müdafiə nazirinin müavini əlavə edib ki, vəziyyətin qiymətləndirilməsinə Polşa ərazisinə daxil olan Rusiya raketi ilə bağlı son insident də təsir göstərir. Onun fikrincə, müdafiə naziri Vladislav Kosinyak-Kamış hazırda Ukraynaya növbəti raket partiyasının göndərilməsini dəstəkləməyə hazırdır.

Qərarın nə vaxt qəbul edilə biləcəyi ilə bağlı suala o, qısaca cavab verib: “Düşünürəm ki, bu, yaxın günlərin məsələsidir”.

İyul ayında Müdafiə Nazirliyi rəsmi olaraq təsdiqləyib ki, Polşa bir neçə ay əvvəl Ukraynaya “Patriot” sistemləri üçün nəzərdə tutulmuş PAC-3 raketləri verib. Baş nazir Donald Tusk bildirmişdi ki, söhbət beş raketdən gedir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.