• Home  
  • Malidə daşqınlar səbəbindən 13 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Malidə daşqınlar səbəbindən 13 nəfər ölüb

Malidə daşqınlar nəticəsində azı 13 nəfər ölüb, daha 23 insan isə yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Mali Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin Böhranların Koordinasiyası və İdarə Edilməsi Mərkəzinin hesabatında bildirilib. Məlumata görə, təbii fəlakət ölkənin yeddi regionuna təsir edib, 479 yaşayış binası dağılıb, 1 933 ev təsərrüfatına və ya 12 405 nəfərə ziyan dəyib. […]

Hadisə

Malidə daşqınlar nəticəsində azı 13 nəfər ölüb, daha 23 insan isə yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Mali Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin Böhranların Koordinasiyası və İdarə Edilməsi Mərkəzinin hesabatında bildirilib.

Məlumata görə, təbii fəlakət ölkənin yeddi regionuna təsir edib, 479 yaşayış binası dağılıb, 1 933 ev təsərrüfatına və ya 12 405 nəfərə ziyan dəyib.

Hakimiyyət orqanları evsiz və ərzaqsız qalmış insanlara operativ humanitar yardımın göstərilməsi üçün tədbirlər görürlər. Daşqınların fəsadlarının aradan qaldırılması davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.