• Home  
  • İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir”
- Manşet - Ölkə - Rəsmi

İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir”

Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir. Əks-səda xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə bildirib. Dövlət başçısı deyib ki, burada digər mühüm amillər də var: “Dövlət […]

Prezident İlham Əliyev

Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir.

Əks-səda xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı deyib ki, burada digər mühüm amillər də var:

“Dövlət sənayeləşməyə xüsusi diqqət yetirir. Bir neçə gün əvvəl dövlət proqramı da qəbul olunub və orada bir çox tədbirlər nəzərdə tutulub. Bunlar ölkəmizin əsas istiqamətləridir, iqtisadi inkişaf istiqamətləridir. Eyni zamanda, neft-qaz sektoru da iqtisadiyyatımızın mühüm hissəsidir. Bu, yerli şirkətlərin inkişafına da imkan yaradır və artıq bir çox yeni iqtisadi imkanlar formalaşır. Neft-qaz sektoru yenə də iqtisadiyyatımızın önəmli hissəsidir və böyük rifah yaradacaq. Bundan əldə olunan gəlirlər hesabına yenidən investisiyalar həyata keçiriləcək”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.