Himalayın Nepaldakı hissəsində – Ximlunq dağında qar uçqunu altında qalan düşərgədə Nepalın 14 vətəndaşı itkin düşüb.
Əks-səda xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.
Yürüş təşkilatçılarının sözlərinə görə, pis hava şəraiti helikopterlərə axtarış-xilasetmə əməliyyatı aparmaq üçün 7126 metr hündürlükdəki dağın zirvəsinə çatmağa imkan verməyib.
Dəqiqləşdirilib ki, itkin düşənlər bələdçilər və xidmətçi heyətin daxil olduğu ekspedisiya komandasının üzvləridir. Hazırda cəmi 22 iştirakçıdan 14-nün itkin düşdüyü bildirilir.
Qəzet qeyd edib ki, itkin düşənlər arasında əcnəbi turistlər yoxdur.


