• Home  
  • Bavariyada avtobusun aşması nəticəsində iki nəfər ölüb, 25 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Bavariyada avtobusun aşması nəticəsində iki nəfər ölüb, 25 nəfər yaralanıb

Yuxarı Bavariyada (Almaniya) turistləri daşıyan avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 25 nəfər isə xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “T-online” xəbər portalı yerli polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə bazar günü səhər tezdən Ostallqau regionunun Buxloe şəhəri ərazisindəki “A96” federal magistralında baş verib. İlkin məlumatlara görə, içərisində […]

Hadisə

Yuxarı Bavariyada (Almaniya) turistləri daşıyan avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 25 nəfər isə xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə “T-online” xəbər portalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə bazar günü səhər tezdən Ostallqau regionunun Buxloe şəhəri ərazisindəki “A96” federal magistralında baş verib.

İlkin məlumatlara görə, içərisində filippinli 40-50 nəfərlik turist qrupunun olduğu avtobus yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 25-ə yaxın insan xəsarət alıb, iki nəfər hadisə yerində ölüb. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.