• Home  
  • Vissan sahillərində La-Manşı qanunsuz keçməyə cəhd edən üç nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Vissan sahillərində La-Manşı qanunsuz keçməyə cəhd edən üç nəfər ölüb

Fransada Pa-de-Kale departamentinin Vissan sahillərində La-Manş boğazını keçməyə cəhd edən katerin qəzaya uğraması nəticəsində üç qanunsuz miqrant ölüb. Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası departamentin bəyanatına istinadən məlumat yayıb. Bildirilib ki, onlar Böyük Britaniyaya çatmağa çalışıblar. “Zərərçəkənlərin sayı barədə məlumatlar hazırda dəqiqləşdirilir və dəyişə bilər”, – məlumatda qeyd edilib. Məlumata görə, bir neçə nəfəri […]

Hadisə

Fransada Pa-de-Kale departamentinin Vissan sahillərində La-Manş boğazını keçməyə cəhd edən katerin qəzaya uğraması nəticəsində üç qanunsuz miqrant ölüb.

Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası departamentin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, onlar Böyük Britaniyaya çatmağa çalışıblar.

“Zərərçəkənlərin sayı barədə məlumatlar hazırda dəqiqləşdirilir və dəyişə bilər”, – məlumatda qeyd edilib.

Məlumata görə, bir neçə nəfəri xilas edərək sahilə çıxarmaq mümkün olub. Beləliklə, ilin əvvəlindən La-Manşı qanunsuz keçməyə cəhd edərkən ölənlərin sayı 22-yə çatıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.