İspaniya təmsilçisi “Real”ın (Madrid) müdafiəçisi Raul Asensio komandanı tərk etməyəcək.
Əks-səda xəbər verir ki, “Kral klubu”nun rəhbərliyi 22 yaşlı futbolçu ilə yolları ayırmaq variantını nəzərdən keçirmir.
Buna baxmayaraq, Asensionun xidmətində İngiltərə Premyer Liqasının iki klubu – “Çelsi” və “Liverpul” maraqlıdır.
Qeyd edək ki, Asensio “Real”ın yetirməsidir. O, əsas komandada debüt etdikdən sonra 80 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Onun Madrid kollektivi ilə hazırkı müqaviləsi 2031-ci ilə qədərdir.


