• Home  
  • İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
- Dünya - Gündəm - Hadisə

İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb

HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında deyilir. Bəyanata əsasən, zərbənin hədəfi İzzəddin əl-Bik olub. İsrail hökuməti onu İsrail qüvvələrinə hücumda iştirak etməkdə və yeni yaraqlıların […]

Hadisə

HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub.

Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında deyilir.

Bəyanata əsasən, zərbənin hədəfi İzzəddin əl-Bik olub. İsrail hökuməti onu İsrail qüvvələrinə hücumda iştirak etməkdə və yeni yaraqlıların cəlb olunmasında günahlandırır.

Fələstin mətbuatının məlumatına görə, əl-Bik Qəzza şəhərinin Əl-Nəsr rayonunda çoxmənzilli binaya endirilən zərbə nəticəsində həlak olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.