• Home  
  • Azərbaycan – Lixtenşteyn oyununun hakimləri müəyyənləşib
- Gündəm - Idman - Ölkə

Azərbaycan – Lixtenşteyn oyununun hakimləri müəyyənləşib

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun hakimləri müəyyənləşib. Əks-səda xəbər verir ki, D Liqasında 2-ci qrupun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb. FIFA referisi Kristian-Petru Çokirkaya həmyerliləri Maksimilian Vays və Mihael Obritsberqer kömək göstərəcək. Dördüncü hakim funksiyasını Şafak Parmaksız yerinə yetirəcək. VAR-da Manuel Şyuttenqruber, AVAR-da Aleksander Harkam əyləşəcəklər. Xatırladaq ki, Azərbaycan – Lixtenşteyn oyunu […]

İdman

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.

Əks-səda xəbər verir ki, D Liqasında 2-ci qrupun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

FIFA referisi Kristian-Petru Çokirkaya həmyerliləri Maksimilian Vays və Mihael Obritsberqer kömək göstərəcək. Dördüncü hakim funksiyasını Şafak Parmaksız yerinə yetirəcək.

VAR-da Manuel Şyuttenqruber, AVAR-da Aleksander Harkam əyləşəcəklər.

Xatırladaq ki, Azərbaycan – Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.