Fransa polisi yuxarı sinif şagirdlərinin məktəblərin qarşısında keçirdikləri etiraz aksiyaları zamanı 440 nəfəri saxlayıb.
Əks-səda xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes “BFMTV”nin efirində bildirib.
“Ölkə ərazisində 440 nəfər saxlanılıb”, – qurum rəhbəri bildirib.
Nünyesin sözlərinə görə, saxlanılanların təxminən üçdə ikisi həbs edilib. Saxlanılmaların əksəriyyəti əmlaka zərər vurulması və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarla bağlıdır. Saxlanılanlardan çoxui yetkinlik yaşına çatmayanlardır.
Nünyes həmçinin bildirib ki, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 48 əməkdaşı xəsarət alıb.


