• Home  
  • Oktyabrın ilk günündə Azərbaycanda yağış yağacaq
- Cəmiyyət - Gündəm - Ölkə

Oktyabrın ilk günündə Azərbaycanda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Lakin havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti […]

Cəmiyyət

Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Lakin havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın səhər şimal və qərb rayonlarından başlayarq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacaq

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.