• Home  
  • İranın Məşhəd şəhərində 2 etirazçı edam olunub
- Dünya - Gündəm - Hadisə

İranın Məşhəd şəhərində 2 etirazçı edam olunub

İranın İnqilab məhkəməsinin qərarına əsasən, Məşhəd şəhərində 2 nəfər barəsində çıxarılan ölüm hökmü sentyabrın 30-da səhər saatlarında icra olunub. Əks-səda xəbər verir ki, məlumatı İran məhkəmə sisteminin orqanı olan “Mizan” yayıb. Bildirilib ki, edam edilmiş Əli Hemməti və Məcid Nikəndiş bu ilin yanvar ayında keçirilən etiraz aksiyalarında Təbəs şəhərində həbs edilib. Onlar ölkənin təhlükəsizliyinə qarşı “müharibə […]

Hadisə

İranın İnqilab məhkəməsinin qərarına əsasən, Məşhəd şəhərində 2 nəfər barəsində çıxarılan ölüm hökmü sentyabrın 30-da səhər saatlarında icra olunub.

Əks-səda xəbər verir ki, məlumatı İran məhkəmə sisteminin orqanı olan “Mizan” yayıb.

Bildirilib ki, edam edilmiş Əli Hemməti və Məcid Nikəndiş bu ilin yanvar ayında keçirilən etiraz aksiyalarında Təbəs şəhərində həbs edilib. Onlar ölkənin təhlükəsizliyinə qarşı “müharibə aparmaqda” təqsirli biliniblər.

Əli Hemməti və Məcid Nikəndiş barəsində edam hökmü 2026-cı ilin mayında çıxarılıb. Hökmün dəyişdirilməsi ilə bağlı müraciətlərə baxmayaraq, Ali Məhkəmə onu qüvvədə saxlayıb.

Qeyd edək ki, ötən ilin sonunda və bu ilin yanvarında İranda sosial, iqtisadi tələblərlə etiraz aksiyası keçirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.