Cəlilabadda mərasimdə 11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır.
Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimdə 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.


