• Home  
  • Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb
- Gündəm - Hadisə - Ölkə

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 75-BX-715 dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal […]

Hadisə

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 75-BX-715 dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il təvəllüdlü Tahirov Qəzənfər Rasim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.