• Home  
  • Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər
- Dünya - Gündəm - Siyasət

Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər

Ağ Ev rəhbəri Donald Tramp Venesuela ərazisində ABŞ-nin hərbi bazasının yaradılması ehtimalını istisna etməyib. Əks-səda xəbər verir ki, bu barədə o, Ağ Evin həyətində jurnalistlərə açıqlama verərkən, ABŞ hərbi bazasının Venesuelada və ya Cənubi Amerikanın başqa bir ölkəsində yerləşdirilməsi ehtimalı barədə suala cavab olaraq bildirib. “Çox şey etmək istəyirik. Biz əla yola gedirik. Venesueladakı vəziyyət çox yaxşıdır, […]

Siyasət

Ağ Ev rəhbəri Donald Tramp Venesuela ərazisində ABŞ-nin hərbi bazasının yaradılması ehtimalını istisna etməyib.

Əks-səda xəbər verir ki, bu barədə o, Ağ Evin həyətində jurnalistlərə açıqlama verərkən, ABŞ hərbi bazasının Venesuelada və ya Cənubi Amerikanın başqa bir ölkəsində yerləşdirilməsi ehtimalı barədə suala cavab olaraq bildirib.

“Çox şey etmək istəyirik. Biz əla yola gedirik. Venesueladakı vəziyyət çox yaxşıdır, insanlar razıdır”, – Tramp deyib.

ABŞ lideri həmçinin iki ölkə arasında neft sahəsində əməkdaşlığın inkişafını qeyd edib.

“Biz böyük həcmdə neft alırıq və münasibətlərimiz əladır. Venesuela çoxlu pul qazanır, biz də. Strateji ehtiyatımızı Venesuela nefti ilə çox aşağı qiymətə doldurmağa başlayacağıq”, – o əlavə edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.