Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb.
Əks-səda xəbər verir ki, oktyabrın 1-də həyata keçirilən işıqlandırma tədbiri Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 77-ci ildönümü münasibətilə təşkil olunub.
Həmçinin, Bakı Olimpiya Stadionu da Çin bayrağının rəngləri ilə işıqlandırılıb.



