• Home  
  • Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var
- Gündəm - Hadisə - Ölkə

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var. Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Jiquli” markalı avtomobillə digər minik maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər – Saatlı rayon sakinləri, 1973-cü il təvəllüdlü Kərimova Arzu İdris qızı, 2018-ci il təvəllüdlü Vəlizadə Zeynəb Vəli qızı, 2011-ci […]

Hadisə

Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var.

Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobillə digər minik maşını toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər – Saatlı rayon sakinləri, 1973-cü il təvəllüdlü Kərimova Arzu İdris qızı, 2018-ci il təvəllüdlü Vəlizadə Zeynəb Vəli qızı, 2011-ci il təvəllüdlü Ağamalıyev Adəm Rafiq oğlu və Hacıqabul rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndərov Pərviz Ramiz oğlu yaralanıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.