• Home  
  • Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
- Dünya - Gündəm - KriminaI

Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb

Türkiyədə Bingöl baş prokurorluğunun koordinasiyası ilə vilayət polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən Bingöl mərkəzli olmaqla 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyata 70 qrup, 3 xüsusi təyinatlı dəstə, 350 əməkdaş, 2 pilotsuz uçuş aparatı və 5 narkotik axtarış iti cəlb olunub. Ümumilikdə 35 ünvanda axtarış aparılıb. Əməliyyat […]

Türkiyədə Bingöl baş prokurorluğunun koordinasiyası ilə vilayət polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən Bingöl mərkəzli olmaqla 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyata 70 qrup, 3 xüsusi təyinatlı dəstə, 350 əməkdaş, 2 pilotsuz uçuş aparatı və 5 narkotik axtarış iti cəlb olunub. Ümumilikdə 35 ünvanda axtarış aparılıb.

Əməliyyat zamanı saxlanılan 27 şübhəlidən 3-ü polis idarəsindəki prosedurlardan sonra sərbəst buraxılıb. Məhkəməyə göndərilən 24 nəfərdən 4-ü barəsində polisin nəzarəti altında qalma qətimkan tədbiri seçilib, 20 nəfər isə həbs edilərək istintaq təcridxanasına göndərilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.