• Home  
  • Nepalda qar uçqunu nəticəsində yeddi nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Nepalda qar uçqunu nəticəsində yeddi nəfər ölüb

Nepalın Mananq dairəsindəki Himlunq dağında axtarış-xilasetmə əməliyyatı zamanı üç gün əvvəl qar uçqunu nəticəsində həlak olan yeddi nəfərin meyiti tapılıb. Əks-səda “The Kathmandu Post”a istinadən xəbər verir ki, doqquz nepallı hələ də itkin düşmüş sayılır. Qeyd edilib ki, hadisə günü, sentyabrın 27-də şerplər və köməkçi personal daxil olmaqla, 16 nəfərlik qrup alpinistlərin gəlişi üçün düşərgə hazırlayır […]

Hadisə

Nepalın Mananq dairəsindəki Himlunq dağında axtarış-xilasetmə əməliyyatı zamanı üç gün əvvəl qar uçqunu nəticəsində həlak olan yeddi nəfərin meyiti tapılıb.

Əks-səda “The Kathmandu Post”a istinadən xəbər verir ki, doqquz nepallı hələ də itkin düşmüş sayılır.

Qeyd edilib ki, hadisə günü, sentyabrın 27-də şerplər və köməkçi personal daxil olmaqla, 16 nəfərlik qrup alpinistlərin gəlişi üçün düşərgə hazırlayır və marşrut çəkirdi. Nəşrin məlumatına görə, həlak olanların meyitləri düşərgədən dairənin inzibati mərkəzi olan Çameyə çatdırılıb və oradan ekspertizaya göndəriləcək.

Qeyd olunan ərazidə axtarış-xilasetmə işləri davam edir. Nepal Milli Dağ Bələdçiləri Assosiasiyasının (NNMGA) məlumatına görə, əməliyyata beşdən çox təcrübəli bələdçi-alpinist cəlb olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.