Eritreya Efiopiya ilə diplomatik əlaqələri kəsdiyini elan edib.
Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, müvafiq qərarı ölkə hakimiyyəti qəbul edib.
Bu addım Efiopiyanın Eritreyadakı səfirliyinin fəaliyyətini dayandırmaq barədə qərar verməsindən və 10 eritreyalı diplomatı “persona non grata” – arzuolunmaz şəxs elan etməsindən sonra atılıb.
Efiopiyanın Xarici İşlər Nazirliyində bu tədbirlər Eritreyanın “birbaşa və dolayı düşmənçilik xarakterli hərəkətləri və döyüşkən mövqeyi” ilə izah edilib.


