• Home  
  • Bu gün YAP-ın qurultayı olacaq

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı keçiriləcək. Əks-səda xəbər verir ki, qurultay Heydər Əliyev Mərkəzində baş tutacaq. Belə ki, hazırlıq çərçivəsində 2026-cı il sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatı tərəfindən ümumilikdə 16 239 nəfərin iştirakı ilə keçirilən hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib və əldə […]

Siyasət

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı keçiriləcək.

Əks-səda xəbər verir ki, qurultay Heydər Əliyev Mərkəzində baş tutacaq.

Belə ki, hazırlıq çərçivəsində 2026-cı il sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatı tərəfindən ümumilikdə 16 239 nəfərin iştirakı ilə keçirilən hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib və əldə olunmuş nəticələr təhlil edilərək geniş müzakirələr aparılıb.

Hesabat konfranslarının yekunlarına əsasən, rayon və şəhər təşkilatları tərəfindən VIII Qurultaya 960 nəfər nümayəndə seçilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.