• Home  
  • SOCAR Xəzər dənizində ilk dəfə 3D OBN seysmik tədqiqatı aparıb
- Gündəm - Ölkə - Texnologiya

SOCAR Xəzər dənizində ilk dəfə 3D OBN seysmik tədqiqatı aparıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində ilk dəfə “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını uğurla tamamlayıb. Əks-səda xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyi istinadən məlumat yayıb. Bildirilib ki, “Azneft”in istismar etdiyi yataqda 247,6 km² ərazini əhatə edən tədqiqat nəticəsində əldə olunan yüksək dəqiqlikli məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların […]

Texnologiya

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində ilk dəfə “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını uğurla tamamlayıb.

Əks-səda xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyi istinadən məlumat yayıb.

Bildirilib ki, “Azneft”in istismar etdiyi yataqda 247,6 km² ərazini əhatə edən tədqiqat nəticəsində əldə olunan yüksək dəqiqlikli məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların daha ətraflı öyrənilməsinə, yatağın geoloji modelinin təkmilləşdirilməsinə və gələcək qazma hədəflərinin dəqiqləşdirilməsinə imkan verəcək.

Bu layihə SOCAR-ın Xəzər dənizində qabaqcıl geofiziki texnologiyaların tətbiqini genişləndirməsi və uzun müddətdir istismarda olan yataqların gələcək potensialını müasir texnologiyalar vasitəsilə daha dəqiq qiymətləndirməsi baxımından mühüm addımdır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.