İtaliyanın “Fiorentina” komandasının futbolçusu Dodo Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.
Əks-səda “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Milan”, “Yuventus” və İspaniya təmsilçisi “Barselona” 27 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
Braziliyalı oyunçunun Florensiya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında bitir.
Tərəflər yeni sözləşmə barədə razılığa gələ bilməyiblər.


