• Home  
  • Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib
- Gündəm - İQTİSADİYYAT - Ölkə

Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib

Cari ilin doqquz ayı ərzində “Rosselxoznadzor” tərəfindən Perm şəhərinə qeyri-qanuni yolla gətirilmiş 232.16 kiloqram ət, qurut, kərə yağı və pendir aşkar edilərək müsadirə olunub. Əks-səda xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bolşoye Savino hava limanında Azərbaycan və Özbəkistandan olan 188 vətəndaşın baqajının yoxlanılması zamanı aşkar edilən heyvandarlıq məhsulları götürülüb və daha sonra […]

İqtisadiyyat

Cari ilin doqquz ayı ərzində “Rosselxoznadzor” tərəfindən Perm şəhərinə qeyri-qanuni yolla gətirilmiş 232.16 kiloqram ət, qurut, kərə yağı və pendir aşkar edilərək müsadirə olunub.

Əks-səda xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bolşoye Savino hava limanında Azərbaycan və Özbəkistandan olan 188 vətəndaşın baqajının yoxlanılması zamanı aşkar edilən heyvandarlıq məhsulları götürülüb və daha sonra yandırılaraq məhv edilib.

Məsələn, sentyabr ayında sərnişinlərdən birinin yükünə baxış keçirilərkən şəxsi istehlak üçün nəzərdə tutulan və heç bir markalanması olmayan 1.22 kiloqram qoyun ətindən hazırlanmış kabab tapılıb.

Qeyd edək ki, heyvanlar və insanlar üçün təhlükə yarada biləcək ortaq infeksiyaların yayılmasının qarşısını almaq məqsədilə bu növ məhsulların Rusiya ərazisinə gətirilməsi rəsmi olaraq qadağan edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.