• Home  
  • “Real” müqaviləsinin müddətinin uzadılması ilə bağlı Arda Gülərlə razılığa gəlib
- Dünya - Gündəm - Idman

“Real” müqaviləsinin müddətinin uzadılması ilə bağlı Arda Gülərlə razılığa gəlib

İspaniyanın “Real” klubu futbolçusu Arda Gülərin müqaviləsinin müddətini uzatmaqla bağlı razılığa gəlib. Əks-səda xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Tərəflər yeni sözləşmənin bütün detallarını razılaşdırıblar. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir. Xatırladaq ki, Madrid klubu Türkiyə millisinin üzvünü 2023-cü ildə “Fənərbağça”dan 28 milyon avroya alıb. 21 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2029-cu ilin […]

İdman

İspaniyanın “Real” klubu futbolçusu Arda Gülərin müqaviləsinin müddətini uzatmaqla bağlı razılığa gəlib.

Əks-səda xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər yeni sözləşmənin bütün detallarını razılaşdırıblar. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Xatırladaq ki, Madrid klubu Türkiyə millisinin üzvünü 2023-cü ildə “Fənərbağça”dan 28 milyon avroya alıb. 21 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.