• Home  
  • Özbəkistanda yeni qaz yatağı kəşf edilib
- Dünya - Gündəm - İQTİSADİYYAT

Özbəkistanda yeni qaz yatağı kəşf edilib

Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni “Karatau” qaz-kondensat yatağı kəşf edilib. Əks-səda xəbər verir ki, bu barədə “Özbəkneftqaz” məlumat yayıb. Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsində 4860 metr dərinliyində 1 saylı axtarış quyusu qazılıb. Oktyabrın 3-də sınaqlar zamanı 3273-3213 metr dərinlik intervalındakı Alt Yura çöküntülərindən sənaye əhəmiyyətli təbii qaz və […]

İqtisadiyyat

Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni “Karatau” qaz-kondensat yatağı kəşf edilib.

Əks-səda xəbər verir ki, bu barədə “Özbəkneftqaz” məlumat yayıb.

Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsində 4860 metr dərinliyində 1 saylı axtarış quyusu qazılıb.

Oktyabrın 3-də sınaqlar zamanı 3273-3213 metr dərinlik intervalındakı Alt Yura çöküntülərindən sənaye əhəmiyyətli təbii qaz və kondensat axını əldə edilib.

Cari ilin sonunadək 2 saylı axtarış quyusunun qazılmasının başa çatdırılması, həmçinin 3 və 4 saylı axtarış-kəşfiyyat quyularının qazılmasına başlanılması planlaşdırılır.

Karatau sahəsində əldə olunan geoloji nəticələr Üstyurt regionunda dərin layların öyrənilməsi üzrə geoloji-kəşfiyyat işlərinin yeni perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.