UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək “Sabah” – “Slaviya” (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Sözügedən qarşılaşma üçün paket biletlərlə birlikdə 45 minə yaxın biletin satıldığı qeyd olunub.
“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satılmışdı.
Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. “Bayquşlar” oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasını qəbul edəcək.


