• Home  
  • ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib
- Dünya - Gündəm - Hadisə

ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib

ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli sürətli katerə zərbə endirib, nəticədə dörd nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb. “Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini göstərirdi”, – komandanlığın “X” sosial şəbəkə hesabında paylaşılan məlumatında qeyd olunub. ABŞ mətbuatının məlumatına görə, 2025-ci ilin […]

Hadisə

ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli sürətli katerə zərbə endirib, nəticədə dörd nəfər həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

“Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini göstərirdi”, – komandanlığın “X” sosial şəbəkə hesabında paylaşılan məlumatında qeyd olunub.

ABŞ mətbuatının məlumatına görə, 2025-ci ilin payızında hücumlar başlayandan bəri ABŞ Silahlı Qüvvələrinin narkotacirlər tərəfindən istifadə edildiyi ehtimal olunan katerlərə endirdiyi zərbələrdə 230-dan çox insan ölüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.