• Home  
  • Ermənistanda sərxoş sürücü polislərə atəş açıb
- Dünya - Gündəm - Hadisə

Ermənistanda sərxoş sürücü polislərə atəş açıb

Ermənistanda iki polis əməkdaşı qayda pozan sürücünü saxlamağa çalışarkən yaralanıb. Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə polis idarəsindən məlumat verilib. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobilin sürücüsündən maşını saxlamağı tələb ediblər. Buna cavab olaraq avtomobildən atəş açılıb, nəticədə iki polis yaralanıb. Daha sonra avtomobil tapılıb, sərxoş sürücü […]

Hadisə

Ermənistanda iki polis əməkdaşı qayda pozan sürücünü saxlamağa çalışarkən yaralanıb.

Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə polis idarəsindən məlumat verilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobilin sürücüsündən maşını saxlamağı tələb ediblər. Buna cavab olaraq avtomobildən atəş açılıb, nəticədə iki polis yaralanıb. Daha sonra avtomobil tapılıb, sərxoş sürücü və sərnişin saxlanılıb. Polislər xəstəxanaya yerləşdiriliblər.

Hadisə ötən gecə Kotayk vilayətində baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.