• Home  
  • “OpenAI” BƏƏ fondları ilə 10 mlrd dollara qədər vəsait cəlb etmək üçün danışıqlar aparır
- Dünya - Gündəm - Texnologiya

“OpenAI” BƏƏ fondları ilə 10 mlrd dollara qədər vəsait cəlb etmək üçün danışıqlar aparır

“OpenAI” şirkəti azı 30 milyard dollar dəyərində yeni maliyyələşdirmə mərhələsində iştirak etmək üçün BƏƏ investisiya fondları ilə danışıqlar aparır. Əks-səda “Bloomberg”ə istinadən xəbər verir ki, BƏƏ investorları “OpenAI”ı birgə maliyyələşdirmək üçün tərəfdaşlıq yaratmaq imkanlarını müzakirə edirlər. Agentliyin mənbələrinin məlumatına görə, BƏƏ fondlarından ümumi potensial investisiya 10 milyard dollara çata bilər. Amerika investisiya şirkəti “BlackRock” da maliyyələşdirmə […]

Texnologiya

“OpenAI” şirkəti azı 30 milyard dollar dəyərində yeni maliyyələşdirmə mərhələsində iştirak etmək üçün BƏƏ investisiya fondları ilə danışıqlar aparır.

Əks-səda “Bloomberg”ə istinadən xəbər verir ki, BƏƏ investorları “OpenAI”ı birgə maliyyələşdirmək üçün tərəfdaşlıq yaratmaq imkanlarını müzakirə edirlər.

Agentliyin mənbələrinin məlumatına görə, BƏƏ fondlarından ümumi potensial investisiya 10 milyard dollara çata bilər.

Amerika investisiya şirkəti “BlackRock” da maliyyələşdirmə mərhələsinə qoşulmağı düşünür.

“Bloomberg” daha əvvəl “OpenAI”ın şirkətin dəyərini təxminən 1,4 trilyon dollara çatdırmaqla azı 30 milyard dollar cəlb etməyi gözlədiyini bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.