• Home  
  • İranda kafelərdə canlı musiqi və dicey qadağan edilib
- Cəmiyyət - Dünya - Gündəm

İranda kafelərdə canlı musiqi və dicey qadağan edilib

İranın Tehran əyalətində kafelərdə qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi qadağan edilib. Əks-səda İran mediasına istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin polis rəisi Əli Rafiei bildirib. Onun sözlərinə görə, kafelər yalnız öz fəaliyyət çərçivəsində işləməlidir: “Qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi, diceylərin iştirakı və qumar oyunları ilə bağlı fəaliyyətə qadağa qoyulub”. Əli Rafiei bildirib […]

Cəmiyyət

İranın Tehran əyalətində kafelərdə qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi qadağan edilib.

Əks-səda İran mediasına istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin polis rəisi Əli Rafiei bildirib.

Onun sözlərinə görə, kafelər yalnız öz fəaliyyət çərçivəsində işləməlidir:

“Qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi, diceylərin iştirakı və qumar oyunları ilə bağlı fəaliyyətə qadağa qoyulub”.

Əli Rafiei bildirib ki, belə halları törədənlərə qarşı polis tədbirlər görür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.