• Home  
  • Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb
- Dünya - Gündəm - KriminaI

Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. Əks-səda xəbər verir ki, məlumatı “Haber Global” yayıb. Məlumata görə, sözügedən cinayət əməllərində iştirak etdiyi müəyyən edilmiş 19 şübhəli barəsində həbs qətimkan qərarı verilib. Onlardan 17-si saxlanılsa da, 2-nin tutulması istiqamətində əməliyyat aparılır. Bildirilib […]

Kriminal

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Əks-səda xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Məlumata görə, sözügedən cinayət əməllərində iştirak etdiyi müəyyən edilmiş 19 şübhəli barəsində həbs qətimkan qərarı verilib. Onlardan 17-si saxlanılsa da, 2-nin tutulması istiqamətində əməliyyat aparılır.

Bildirilib ki, bələdiyyənin şübhəli əməkdaşlarının işi üzrə istintaqlar davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.