• Home  
  • Kolumbiya İranla diplomatik münasibətləri kəsib
- Dünya - Gündəm - Siyasət

Kolumbiya İranla diplomatik münasibətləri kəsib

Kolumbiya hökuməti Tehranın ünvanına “beynəlxalq terror strukturları ilə ehtimal olunan əlaqələr” barədə ittihamlar irəli sürərək İranla diplomatik münasibətləri dayandırmaq qərarına gəlib. Əks-səda xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. “Xarici İşlər Nazirliyi Kolumbiya hökuməti adından bildirir ki, İran İslam Respublikası ilə diplomatik münasibətləri rəsmən dayandırır. Bu qərar İran rəhbərliyinin […]

Siyasət

Kolumbiya hökuməti Tehranın ünvanına “beynəlxalq terror strukturları ilə ehtimal olunan əlaqələr” barədə ittihamlar irəli sürərək İranla diplomatik münasibətləri dayandırmaq qərarına gəlib.

Əks-səda xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

“Xarici İşlər Nazirliyi Kolumbiya hökuməti adından bildirir ki, İran İslam Respublikası ilə diplomatik münasibətləri rəsmən dayandırır. Bu qərar İran rəhbərliyinin milli təhlükəsizliyə təhdid yaradan beynəlxalq terror strukturları və digər narkoterror təşkilatları ilə ehtimal olunan əlaqələri ilə şərtlənir”, – XİN-in bəyanatında qeyd olunub.

Boqotanın fikrincə, İran hakimiyyətinin insan hüquqlarının pozulmasında, Yaxın Şərq münaqişəsinə cəlb olunmayan dövlətlərə hücumlarda, Hörmüz boğazının bağlanmasında, eləcə də İranın nüvə proqramının yoxlanılması çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin işinə maneələrin yaradılmasında əli var.

Kolumbiya XİN vurğulayıb ki, diplomatik münasibətlərin dayandırılması iki ölkə arasında konsulluq əlaqələrinin kəsilməsi demək deyil.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.