• Home  
  • Gürcüstanda 700 min dollara uran satmaq istəyən şəxs saxlanılıb
- Dünya - Gündəm - KriminaI

Gürcüstanda 700 min dollara uran satmaq istəyən şəxs saxlanılıb

Gürcüstanda radioaktiv maddə, o cümlədən uran-238 ilə qanunsuz davranmaqda şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, saxlanılma Əks-kəşfiyyat və Xüsusi Əməliyyatlar departamentlərinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həyata keçirilib. İstintaqın versiyasına görə, saxlanılan şəxsin uran-238-i xarici ölkə vətəndaşına 700 min ABŞ dollarına satmaq planı olub. […]

Kriminal

Gürcüstanda radioaktiv maddə, o cümlədən uran-238 ilə qanunsuz davranmaqda şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılma Əks-kəşfiyyat və Xüsusi Əməliyyatlar departamentlərinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həyata keçirilib.

İstintaqın versiyasına görə, saxlanılan şəxsin uran-238-i xarici ölkə vətəndaşına 700 min ABŞ dollarına satmaq planı olub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin nüvə materialı ilə qanunsuz davranışı nəzərdə tutan 230-cu maddəsi üzrə istintaq aparılır.

Maddə üzrə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.