• Home  
  • ABŞ Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib
- Dünya - Gündəm - Hadisə

ABŞ Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib

ABŞ hərbçiləri Karib dənizində narkotacirlər tərəfindən istifadə edilən gəmiyə zərbə endiriblər. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb. Hücum nəticəsində üç nəfər həlak olub. Komandanlığın məlumatında qeyd edilib ki, sürətli gəmi Karib dənizindəki məlum narkotik qaçaqmalçılığı marşrutları zonasında hərəkət edib. “Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik ticarətində fəal […]

Hadisə

ABŞ hərbçiləri Karib dənizində narkotacirlər tərəfindən istifadə edilən gəmiyə zərbə endiriblər.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

Hücum nəticəsində üç nəfər həlak olub. Komandanlığın məlumatında qeyd edilib ki, sürətli gəmi Karib dənizindəki məlum narkotik qaçaqmalçılığı marşrutları zonasında hərəkət edib.

“Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik ticarətində fəal iştirak etdiyini göstərirdi”, – komandanlıq bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.