• Home  
  • Yunanıstanda 8 zəlzələ qeydə alınıb
- Dünya - Gündəm - Hadisə

Yunanıstanda 8 zəlzələ qeydə alınıb

Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Bildirilib ki, oktyabrın 7-si gecə yarısından səhər saatlarına qədər olan müddətdə 2,4-4,1 maqnitudalı yeraltı təkanlar baş verib. Ən güclü zəlzələnin episentri Kasosdan 29 kilometr qərbdə yerləşib. 7 dəqiqə sonra adadan 35 kilometr qərbdə 3,9 maqnitudalı zəlzələ baş verib. Daha […]

Hadisə

Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ qeydə alınıb.

Əks-səda xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-si gecə yarısından səhər saatlarına qədər olan müddətdə 2,4-4,1 maqnitudalı yeraltı təkanlar baş verib. Ən güclü zəlzələnin episentri Kasosdan 29 kilometr qərbdə yerləşib. 7 dəqiqə sonra adadan 35 kilometr qərbdə 3,9 maqnitudalı zəlzələ baş verib.

Daha sonra 2,4-2,7 maqnitudalı 4 zəif təkan qeydə alınıb. 3,2 maqnitudalı sonuncu zəlzələ səhər saat 10:27-də Kasosdan 22 kilometr qərb-cənub-qərbdə baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.