Rusiya Silahlı Qüvvələri Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbəsi endirməsi nəticəsində 13 dinc sakin həlak olub, 50 nəfər isə yaralanıb.
Əks-səda xəbər verir ki, bu barədə Çerniqov Vilayət Prokurorluğunun mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.
“Saat 12:50-yə olan məlumata görə, Rusiyanın şəhərə hücumu nəticəsində 13 mülki şəxsin, o cümlədən 4 uşağın həlak olduğu, 50 nəfərin isə yaralandığı müəyyən edilib. Yaralılardan 7-si uşaqlardır”, – məlumatda bildirilir.
Uçmuş evin dağıntıları altında insanların axtarışı davam edir.


