Türkiyənin paytaxtı Ankarada və 7 vilayətdə keçirilən əməliyyat zamanı əxlaqsızlıq və fahişəliyə təhrik edən məzmun paylaşdıqlarına görə onlarla insan saxlanılıb.
Əks-səda xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Ankara Baş Prokurorluğu, Ankara Vilayət Polis İdarəsinin İctimai Asayiş Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində 7 vilayətdə keçirilən əməliyyatlar zamanı internetdə və sosial şəbəkələrdə əxlaqsızlığa və fahişəliyə təhrik edən paylaşım etdiklərinə görə müəyyən edilmiş 54 şübhəlidən 45-i saxlanılıb.
Məhkəmə əxlaqsızlıq cinayəti ilə bağlı 14 şübhəli haqqında həbs qərarı və 10 şübhəli haqqında məhkəmə nəzarəti qərarı çıxarıb.
Digər şəxslərlə bağlı istintaq davam edir.


