• Home  
  • Zelenski: Bu gün Ukraynaya endirilən kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Zelenski: Bu gün Ukraynaya endirilən kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb

Rusiyanın bu gün Ukraynaya endirdiyi kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Əks-səda Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib. “Ukraynaya endirilən kütləvi zərbələrdən sonra həlak olanların sayı ümumilikdə 25 nəfərdir. 100 nəfər yaralanıb. Zərbə kombinasiyalı olub: çox sayda ballistik raket, çox sayda qanadlı raket, […]

Hadisə

Rusiyanın bu gün Ukraynaya endirdiyi kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

Əks-səda Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

“Ukraynaya endirilən kütləvi zərbələrdən sonra həlak olanların sayı ümumilikdə 25 nəfərdir. 100 nəfər yaralanıb. Zərbə kombinasiyalı olub: çox sayda ballistik raket, çox sayda qanadlı raket, “Shahed”lər. Gündüz saatlarında “Shahed”lər və aviasiya bombaları ilə yeni zərbələr endirildi”, – o bildirib.

Ukrayna lideri Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsinin, habelə hava hücumundan müdafiə daxil olmaqla, Ukraynaya dəstək üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

“Biz tərəfdaşlardan operativ tədarüklərə və kifayət qədər istehsalın təmin olunacağına böyük ümid edirik. Qərar qəbul edən bütün tərəflərlə daim əlaqə saxlayırıq. Tədarük qrafikinə əməl olunmalıdır”, – o yekunlaşdırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.