• Home  
  • Yunanıstan ABŞ-dən 4 milyard dollar dəyərində silah alacaq
- Dünya - Gündəm - Siyasət

Yunanıstan ABŞ-dən 4 milyard dollar dəyərində silah alacaq

Yunanıstan Xarici Hərbi Satışlar (XHS) proqramı çərçivəsində ABŞ-dən 4 milyard dollar dəyərində hərbi texnika və avadanlıq alacaq. Əks-səda Yunanıstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə Afinada keçirilən Yunanıstan-ABŞ strateji dialoqunun altıncı raundunun yekunlarına dair birgə bəyanatda deyilir. Tərəflər qeyd ediblər ki, tədarüklər Yunanıstanın uzunmüddətli müdafiə planlaşdırılmasını dəstəkləmək və iki ölkənin silahlı qüvvələrinin […]

Siyasət

Yunanıstan Xarici Hərbi Satışlar (XHS) proqramı çərçivəsində ABŞ-dən 4 milyard dollar dəyərində hərbi texnika və avadanlıq alacaq.

Əks-səda Yunanıstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə Afinada keçirilən Yunanıstan-ABŞ strateji dialoqunun altıncı raundunun yekunlarına dair birgə bəyanatda deyilir.

Tərəflər qeyd ediblər ki, tədarüklər Yunanıstanın uzunmüddətli müdafiə planlaşdırılmasını dəstəkləmək və iki ölkənin silahlı qüvvələrinin əməliyyat uyğunluğunu artırmaq məqsədi daşıyır. Afina və Vaşinqton həmçinin müdafiə sənayesi, o cümlədən innovativ texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanlarını öyrənmək niyyətindədir.

Bundan əlavə, tərəflər Yunanıstanın ABŞ Milli Qvardiya Bürosunun Florida ştatı ilə tərəfdaşlıq proqramında iştirakının razılaşdırılmasını başa çatdırıblar. Müdafiə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi çərçivəsində Yunanıstan ABŞ-nin “Stryker” zirehli maşınlarını da alacaq.

Strateji dialoq Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis və ABŞ Dövlət katibi Marko Rubionun sədrliyi ilə keçirilib. Tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini davam etdirmək, eləcə də terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizədə qarşılıqlı fəaliyyəti genişləndirmək barədə razılığa gəliblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.