• Home  
  • Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
- Dünya - Gündəm - Siyasət

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. Əks-səda “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin – Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakirə olunduğu iclasda bildirib. “İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir […]

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil.

Əks-səda “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin – Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakirə olunduğu iclasda bildirib.

“İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil, lakin istənilən hücuma qarşı güc və cəsarətlə canımız bahasına duruş gətirəcək, düşmənlərin torpağımıza tamah salmasına imkan verməyəcəyik”, – Pezeşkian deyib.

O, İranın müdafiəsinin raketlərdən ibarət olmadığını qeyd edib: “Xalqımız, eləcə də ölkəmizdə mövcud olan birlik və həmrəylik İranın müdafiə qüdrətinin mühüm hissəsidir”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.