• Home  
  • Türkiyədə konsert zalında atışma olub, iki nəfər ölüb, ikisi yaralanıb
- Dünya - Gündəm - Hadisə

Türkiyədə konsert zalında atışma olub, iki nəfər ölüb, ikisi yaralanıb

Türkiyənin İstanbul şəhərində Küçükçekmece rayonunda konsert zalında baş verən silahlı toqquşmada biri polis əməkdaşı olmaqla iki nəfər ölüb, ikisi də yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, naməlum şəxs konsert zalına daxil olaraq ətrafa nizamsız atəş açıb. Zalda sonradan məzuniyyətdə olduğu bilinən bir polis əməkdaşı ona atəşlə cavab verib. Nəticədə […]

Hadisə

Türkiyənin İstanbul şəhərində Küçükçekmece rayonunda konsert zalında baş verən silahlı toqquşmada biri polis əməkdaşı olmaqla iki nəfər ölüb, ikisi də yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs konsert zalına daxil olaraq ətrafa nizamsız atəş açıb.

Zalda sonradan məzuniyyətdə olduğu bilinən bir polis əməkdaşı ona atəşlə cavab verib. Nəticədə polis və silahlı şəxs ağır yaralanıb. Hər ikisi xəstəxanaya çatdırılsa da, həkimlər onların həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.