• Home  
  • Cənubi Koreya Ukraynadan səfirini geri çağırır
- Dünya - Gündəm - Siyasət

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. Əks-səda “Yonhap”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə son bəyanatı, həmçinin onun administrasiyasının məlumatın gizli saxlanılmasına dair razılaşmanın mövcudluğunu təkzib edən bəyanatı ilə əlaqədar rəsmi izahat və üzr […]

Siyasət

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq.

Əks-səda “Yonhap”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə son bəyanatı, həmçinin onun administrasiyasının məlumatın gizli saxlanılmasına dair razılaşmanın mövcudluğunu təkzib edən bəyanatı ilə əlaqədar rəsmi izahat və üzr tələb edib.

Xarici işlər naziri Ço Hyon çərşənbə axşamı Ukraynanın xarici işlər naziri Andrey Sibiqadan üzr ehtiva edən, lakin Seulun gözləntilərini doğrultmayan mesaj aldığını bildirib. Onun sözlərinə görə, Cənubi Koreya hökuməti “qəti tədbirlər” görmək niyyətindədir.

“Hökumət öz səfirini Ukraynadan Seula geri çağırmaq qərarına gəlib. Biz ümid edirik ki, iki ölkə arasındakı müxtəlif məsələlər sülh yolu ilə həll ediləcək və bu baxımdan Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirəcəyik”, – XİN-dən əlavə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.